Paşinyan Putini divara dirəyib ki…

  • By admin
  • 24 Noyabr 2022 00:28

Ermənistan baş naziri Nikol Paşinyan KTMT sammitinin bəyannaməsini imzalamaqdan imtina edib.

O, imkansız olduğunu bildiyi halda Putini divara dirəyib KTMT-dən Azərbaycana qarşı konret addımlar tələb edir.

Bu gün nə Rusiya, nə də onun peyk ittifaqının üzvləri Ermənistana açıq hərbi dəstək verməzlər.

Qırğızıstan, Qazaxıstan TDT-nin üzvləri olmaqla bərabər Azərbaycanla ikitərəfli strateji əməkdaşlıq münasibətlərinə malikdirlər. Belarus da Azərbaycanla yaxşı əlaqələri var, üstəlik Zəfər günü münasibəti ilə bizi təbrik edib.

Rusiya isə həm Azərbaycan, həm də Türkiyə ilə münasibətlərindən dolayı açıq hərbi təzyiqlərə başlamaz. Həm də Ukraynadakı biabırçılıqdan sonra fiziki imkanları da kifayət qədər zəifləyib.

Paşinyan bunları bilir və Putinin ağzını dağa dirəyib ki, KTMT-nin 4-cü madəsini işə sal.

Əks təqdirdə, təşkilatı beləcə aşağılayır. Onu bilirəm ki, Putin hakimiyyətdən gedənə qədər imkan tapıb onu cəzalandırmağa çalışacaq.

 

Elçin

Gununsesi.info