Paşinyan hökuməti mühüm seçkilərdən 4 ay öncə Yerəvanla bağlı meqalayihgə planı açıqlayıb.
Gununsesi.info xəbər verir ki, məlumata görə, paytaxtın mərkəzində 70 mərtəbəli göydələnlərdən ibarət tikinti layihəsinə start veriləcək.
Belə ki, burada həm yaşayış binaları, həm biznes diplomatik mərkəzlər, mədəniyyət, istirahət məkanları da olacaq.
Hökumət artıq Yeravan meri Tiqran Avinyana səlahiyyət verib ki, 2 şirkətlə müqavilə bağlasın.
Avinyanın verdiyini məlumata görə, layihə 155 binadan ibarət olacaq və 65 min sakin üçün nəzərdə tutulur.
Ancaq bununla bağlı narazılıqlar da var.
Azadlıq radiosunun erməni xidmətinə danışan sakinlər deyiblər ki, yüzlərlə ailəni razı salmaq lazım olacaq.
Hökumət isə elan edib ki, insanlara bazar qiymətindən 30 faiz artıq kompensasiya veriləcək.










