Paşinyanın həbsi ilə bağlı RƏSMİ AÇIQLAMA

  • By admin
  • 11 Dekabr 2020 15:25

Nikol Paşinyana qarşı cinayət işinin başlanmasına dair xəbərlər dezinformasiyadır.

Gununsesi.info xəbər verir ki, bunu ölkənin Xüsusi İstintaq Xidməti açıqlayıb.

“Kazinyanın açıqlaması açıq dezinformasiyadır. Yazının müəllifini yalan məlumat yaymaqdan və məlumatı qəsdən manipulyasiya etməkdən çəkinməyə çağırırıq”, – açıqlamada deyilir.

 

Qeyd edək ki, Vahid Ermənistan Partiyasının qurucusu Artur Kazinyan bu barədə özünün feysbuk səhifəsində yazmışdı. O, baş nazir və bir qrup yüksək vəzifəli şəxsə qarşı cinayət işi açdığını, həbslərin olacağını və bununla əlaqədar saat 16:00-da canlı yayım açacağını bildirmişdi.

Gununsesi.info