Paşinyanın mətbuat katibi rus hərbi bazasının Ermənistandan çıxarılması haqqında danışıb

  • By admin
  • 05 Noyabr 2019 18:49
“Bu, yalnız Ermənistan Müdafiə Nazirliyi səviyyəsində razılaşma idi, biz Paşinyanın dəstəkləyib-dəstəkləməyəcəyini qorxu ilə gözləyəcəyik, çünki o, hər dəqiqə qərar verə və hərbi bazanı çıxara bilər”.
Gununsesi.org xəbər verir ki, bunu Rusiyalı ekspert Modest Kolerov Rusiya Müdafiə nazirinin Ermənistana səfəri zamanı rus hərbi bazasının ikiqat gücləndirilməsi razılaşmasına toxunarkən bildirib.
Kolerovun dediklərinin nə dərəcədə real olması ilə bağlı Ermənistan Baş nazirinin mətbuat katibi Vladimir Karapetyana sual ünvanlanıb.
O qeyd edib ki, öz başçısı timsalında hökumət Ermənistan siyasətini həyata keçirir.
Jurnalistlər Karapetyana “hökumətin qərarı ilə Paşinyana 3 saylı xüsusi ev verilib, yeni qərar olmadan o, 6 saylı binaya köçürülüb, bu necə ola bilər?” deyə sual ünvanlayıb.
“Baş nazir öz canlı yayımında bu məsələlərlə bağlı hərtərəfli danışıb, əgər hər hansı məsələlər varsa, hökumət qanuni təşəbbüslə çıxış edib”, – deyə o bildirib.
Gununsesi.org