Paşinyanın qələbəsi bizə sərfəlidir - ELÇİN RÜSTƏMLİ

  • By admin
  • 21 İyun 2021 00:45

Siyasi şərhçi Elçin Rüstəmli Ermənistanda keçirilən parlament seçkiləri ilə bağlı ilkin durumu dəyərləndirib.

Gununsesi.info-ya açıqlamasında Elçin Rüstəmli deyib ki,  Paşinyan bolku 54 faizdən çox səs toplasa, təkbaşına hökumət qura biləcək:

İlkin nəticələr göstərir ki, o bu hədəfə çox yaxındır. Bu nəticə brimənalı şəkildə ermənilərin Rusiyaya qarşı münasibətini ifadə edir. Eyni zamanda Qarabağ məsələsinin artıq onlar üçün prioritet olmadığını nümayiş etdirəcək, bu Azərbaycanın xeyrinədir.
Paşinyan güclü xalq dəstəyi ilə hakimiyyətdə qalması gələcəkdə Azərbaycanla Rusiyasız danışıqlara başalaya bilər ki, bu da perspektivdə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə nəticələnə bilər”.

Elçin Rüstəmlinin fikrincə, bütün hallarda Paşinyanın qələbəsi bizə sərfəlidir:

“Bu hadisə Rusiyanın regionda daha da möhkəmlənməsinə ən böyük zərbədir. Azərbaycan xalqı da bu olaydan nəsibini alaraq, Moskvanın imperalist siyasətinə qarşı daha mütəşəkkil olacaq”.

 

Gununsesi.info