Paylaşdığı görüntü yalanını üzə çıxardı - FOTO

  • By admin
  • 13 Sentyabr 2017 20:51

133239_m6vs4n85ic
Tez-tez sosial şəbəkədə fotolarını paylaşan model və iş qadını Eda Taşpınarın daha bir yalanı üzə çıxıb.

Gununsesi.info axşam.az-a istinadən xəbər verir ki, onun su altında çəkilmiş şəklinin oğurluq olduğu aşkarlanıb.

Belə ki, guya Mikanosda istirahəti zamanı çəkilmiş fotonun əslində Rava adlı birinə aid olduğu və İslandiyada çəkildiyi məlum olub.

500 min izləyicisi olan Edanın bu hərəkətləri izləyicilərini məyus edib.

Xatırladaq ki, bir neçə gün öncə model hesabında “Gecə dənizə girmədən yay qurtarmaz” qeydli foto yerləşdirib. Şəklə Taşpınar 3 rəfiqəsini də işarələyib.

4 qadının olduğu fotonun daha sonradan başqa birinə aid olduğu və 5 ay öncə çəkildiyi ortaya çıxıb.

İzləyicilər Taşpınarı köhnə şəkil paylaşdığı üçün tənqid ediblər.

Gununsesi.info