Paytaxtda evdə baş verən yanğın söndürüldü - YENİLƏNİB

  • By admin
  • 11 Noyabr 2017 17:50

Bakının Nəsimi rayonunda baş verən yanğın söndürülüb. 

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, Nəsimi rayonunda bir-birinə bitişik, arakəsmələri taxtadan ibarət ümumi sahəsi 150 kv.m olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları 30 kv.m, ümumi sahəsi 78 kv.m olan iki mərətəbli 4 otaqlı evin yanar konstruksiyaları 30 kv.m və ümumi sahəsi 125 kv.m olan ikimərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 30 kv.m (ümumi 90 kv.m) sahədə yanıb.

Yüksək temperaturdan ümumi sahəsi 170 kv.m olan 2 mərtəbəli 6 otaqlı evdə 2 ədəd plastik pəncərə əriyib. Evlərin qalan hissələri yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

14:14

Bakıda ev yanır.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda fərdi yaşayış evində yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti və texnikası hadisə rayonundadır. Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.

Gununsesi.info