Paytaxtda ilk nudist restoranı açılıb - İŞÇİLƏR VƏ MÜŞTƏRİLƏR ÇILPAQ OLMAQ MƏCBURİYYƏTİNDƏDİR

  • By admin
  • 06 Noyabr 2017 18:00

Fransanın paytaxtı Parisdə şəhərin ilk nudist “Onaturel” adlı  restoranı açılıb.

Gununsesi.info prime-time.az-a istinadən Nudizm fəlsəfəsi əsasında restoranda çalışanlar və müştərilər çılpaq olmaq məcburiyyətindədir.

Cümə günü “Paris Natürist Dərnəyi” üzvlərinə xüsusi yemək verən restoran müştərilərini qəbul etməyə başlayıb. Restoranın sahibləri Mike və Stephanie Saata “Le Parisien” qəzetinə verdikləri açıqlamada “dərnək bizi başından bəri dəstəklədi və biz də ilk xidmətimizi onlar üçün etmək istədik” deyib.

Eyni vaxtda 40 nəfərə xidmət verən retoranda bir axşam yeməyinin ortalama qiyməti 26 avro civarındadır.

Qeyd edək ki, Nudizm və ya Naturizm insanların bədənlərini utanmadan rahatlıqla çılpaq olmaları halıdır. Seksual bir məna daşımır.

Gununsesi.info