Paytaxtda mebel sexi yanıb

  • Müəllif: admin
  • 29 Noyabr 2017 08:16

Bakıda mebel sexində yanğın olub.

Gununsesi.info-nun FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Binəqədi rayonunda ümumi sahəsi 200 m2 olan mebel sexində baş verib.

Nəticədə sexin içərisinə yığılmış taxta materialları 15 m2 sahədə yanıb. Mebel sexi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gununsesi.info