Paytaxtda sərxoş sürücü qəza törədib qaçdı - FOTOLAR

  • By admin
  • 24 İyun 2016 14:39

25c44f98-25c9-41ab-8b03-2716c636826c

 

Ötən gecə Paytaxtın Səbail rayonu Neftçilər prospektində ağır yol nəqliyyat hadisəsi qeydə alınıb. Gunusesi.info xəbər verir ki, qəza zamanı taksi kimi fəaliyyət göstərən minik avtomobili yüksək sürətlə gələrkən sərt döngədə idarəetmədən çıxıb. Nəticədə, avtomobil ərazidəki beton arakəsməyə çırpılıb. Hadisə yerinə polis əməkdaşları  gəliblər. Bu zaman sürücü ətrafdakı sakinlərin köməyi ilə aradan çıxıb. Yol patrul xidmətinin əməkdaşları sürücünün kimliyini  müəyyən edib. Məlum olub ki, qəzaya uğrayan avtomobilin sürücüsü taksi fəaliyyəti ilə məşğul olan 25 yaşlı Əsgərov Ağakamal Sadiq oğludur.

Araşdırma zamanı qəzada iki nəfərin bədən xəsarətləri aldığı da müəyyən edilib.

Qeyd edək ki, sürücü sərxoş vəziyyətdə olarkən qəzanı törədib. Faktla bağlı araşdırmalara başlanılıb.

Gunusesi.info

 

9aec1be7-3310-4f04-aca3-77beebc7cf09

 

d25033c1-ea74-409b-ab61-8c676b73944a

 

b06f7f0f-c8e4-4526-9330-747f8974b599