Paytaxtda tikinti özbaşınalığı - VƏTƏNDAŞLAR ETİRAZ EDİR

  • By admin
  • 23 Yanvar 2017 00:25

tikint1

Bakıdakı yaşayış massivlərindən birində tikinti özbaşınalığı baş verir. Xətai rayonu, Xocalı prospekti 29 ünvanında yerləşən binanın həyətində ümumi planda nəzərdə tutulmayan obyektlərin tikintisi aparılır.

Mənzilləri alarkən podratçı şirkət “İdeal-İ İnşaat” tərəfindən hər kəsə həyətin layihə planı təqdim olunub. Sifarişçi şirkət “The Baku Group” ilə bağlanmış podrat müqaviləsinə əsasən, həyətdə heç bir tikili nəzərdə tutulmayıb. Binanın layihə planında yalnız yaşıllıq, idman meydançasının olacağı göstərilib. Lakin göründüyü kimi, yazılanlara heç də əməl olunmur.

Sakinlərin Metbuat.az-a ünvanladıqları şikayət məktubunda qeyd olunur ki, tikinti nəticəsində həyətdə insanların istirahəti üçün boş ərazi tapmaq mümkünsüz hala çevrilib. Qeyd edək ki, son sürət davam edən inşaat işlərinin gecə saatlarına təsadüf etməsi də əlavə narahatlığa səbəb olur. “İdeal-İ İnşaat” şirkətinə müraciət ünvanlayan sakinlərə Bakı Şəhər İcra Hakimiyyətinin bu barədə qərarı olduğu deyilib.

t3

t2

Gununsesi.info