Paytaxtda yaşayış binasında yanğın baş verib

  • By admin
  • 08 İyul 2017 09:25

yangin

Bakının Nəsimi rayonunda 6 mərtəbəli binanın 6-cı mərtəbəsində vətəndaşa məxsus, ümumi sahəsi 120 m2 olan 3 otaqlı mənzilin mətbəxində 1 ədəd qaz sobası və 3 m2 sahədə mətbəx mebeli yanıb. 

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gununsesi.info