Paytaxtın bu küçəsində hərəkət məhdudlaşdırılacaq

  • By admin
  • 23 İyul 2020 17:14

Bakının Nizami küçəsinin Kövkab Səfərəliyeva və Yusif Səfərov küçələri arasında yerləşən hissəsində aparılacaq təmir işləri ilə əlaqədar bu gecədən ərazidə hərəkət məhdudlaşdırılacaq.

 Bu barədə Gununsesiaz.info-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA)  bildirilib.

Məlumata görə, məhdudlaşdırma təmir işləri bitənə qədər qüvvədə olacaq. 

 “Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur. Yarana biləcək narahatlığa görə vətəndaşlardan üzr istəyirik”, – deyə qurum bəyan edib. 

Gununsesiaz.info