Pekindən ölkənin digər regionlarına avtobus səfərləri koronavirusa görə dayandırılır - ÇİNDƏ HƏYƏCAN SİQNALI

  • By admin
  • 18 İyun 2020 17:14

İyunun 19-dan etibarən Pekindən Çinin regionlarına avtobusla sərnişindaşımalar dayandırılacaq.

Gununsesi.org-un TASS-a istinadən verdiyi xəbərə görə, Pekin şəhərində koronavirusa yoluxma halları ilə əlaqədar belə qərar qəbul edilib. 

Qərara regionlararası fəaliyyət göstərən turist avtobuslarının fəaliyyətinə də şamil edilib.

Sərnişinlər biletlərin pulunu geri ala biləcəklər.

Qeyd edək ki, çərşənbə günündən etibarən Pekin şəhərində ictimai səhiyyə sahəsində ikinci dərəcəli fövqəladə vəziyyət elan edilib. 

 

 

Gununsesi.org