Pensdən İraqa gözlənilməz səfər

  • By admin
  • 23 Noyabr 2019 19:43

Bu gün ABŞ-ın vitse-prezidenti Maykl Pens İraqa elan olunmamış səfər edib.

Gununsesi.org xarici KİV-ə istinadən xəbər verir ki, Maykl Pens burada Bağdaddan qərbdə yerləşən Ayn-əl-Əsəd hərbi hava qüvvələri bazasındakı ABŞ qoşunlarını ziyarət edəcək. Onun, həmçinin İraq hökumətinin rəhbəri ilə görüşü planlaşdırılır.

Xatırladaq ki, 2018-cı il dekabrın 26-da Prezident Donald Tramp İraqa elan olunmamış səfər edərək ABŞ hərbçiləri ilə görmüşdü. O, çıxışı zamanı qoşunları İraqdan çıxarmaq niyyətində olmadığını bildirmışdi.

 

Gununsesi.org