Pentaqon: "Koreya təxribata son qoymasa, Trampa..."

  • By admin
  • 25 Sentyabr 2017 22:46

pentaqonnn
Şimali Koreya provokativ hərəkətlərinə son qoymasa, bu ölkənin öhdəsindən gəlmək üçün Prezidentə variantlarımızı təqdim edəcəyik.

Gununsesi.info xəbər verir ki, bu sözləri Şimali Koreya Xarici İşlər naziri Ri Yonqa cavab olaraq Pentaqon sözçüsü Robert Manninq deyib.

Qeyd edək ki, bu gün Şimali Koreya XİN rəhbəri Ri Yonq Trampın “Artıq daimi qalmayacaq” sözlərini müharibə elanı kimi dəyərləndirdiklərini və ABŞ-ın bombardmançı təyyarələrini vuracaqlarını söyləyib.

 

Gununsesi.info