Pentensiar Xidmətdən müəammalı Əli İnsanov açıqlaması

  • By admin
  • 07 İyun 2016 15:48

Pentensiar

“Əli İnsanovla bağlı xəbərə ancaq onun ailəsindən, vəkillərdən aydınlıq gətirə bilərsiniz”. Bu sözləri gununsesi.info-ya Penitensiar Xidmətin adının çəkilməsini istəməyən əməkdaşlarından biri sabiq səhiyyə naziri Əli İnsanova yenidən cinayət işi açılması ilə bağlı xəbərə aydınlıq gətirərkən söyləyib.

Sabiq nazirin saxlandığı 13 saylı cəzaçəkmə müəssisəsinin rəisi Azər Hacıyev isə gununsesi.info-un sorgusunu cavablandırarkən, bu xəbəri təkizb edb: “Elə məsələ yoxdur. Mənə sonra zəng edin”-deyə telefonun dəstəyini asıb.