Peterburqda azərbaycanlının iştirakı ilə kütləvi dava

  • Müəllif: admin
  • 28 İyun 2018 09:29

Rusiyanın Sankt-Peterburq şəhərində inşaat sahəsində miqrantlar arasında kütləvi dava düşüb.

Şahidlərin sözlərinə görə, fəhlələr bir-birini daş atəşinə tutub, dəyənəklərdən və dəmir armaturlardan istifadə edib.İlkin məlumata görə, kütləvi davada yüzə yaxın insan iştirak edib. Düşən səs-küydən narahat olan sakinlər polisə şikayət edib. Polis əməkdaşları hadisə yerinə gələndə artıq kütləvi davadan əsər-əlamət qalmayıb.

Sonradan məlum olub ki, davada iştirak etmiş 18 yaşlı Tacikistan vətəndaşı və 37 yaşlı Özbəkistan vətəndaşı ağır bədən xəsarətləri ilə yerli xəstəxanaya daxil olub.

İştirakçılardan 30-u polis bölməsinə gətirilib. Onların 26-ı Özbəkistan, ikisi Tacikistan, biri isə Azərbaycan vətəndaşıdır.