“Peyvənd təkbaşına koronavirus pandemiyasına son qoymayacaq” - ÜST-ün baş direktoru

  • By admin
  • 16 Noyabr 2020 19:42

“Peyvənd COVID-19 pandemiyasının qarşısını ala bilməyəcək”.

Gununsesi.info-nun xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

“Peyvənd əlimizdəki digər vasitələri tamamlayacaq, lakin onları əvəz etməyəcək. Peyvənd təkbaşına pandemiyaya son qoymayacaq”, – deyə ÜST-ün baş direktoru bildirib.

 

O, əvvəlcə səhiyyə işçiləri, yaşlı insanlar və digər risk qruplarına daxil olan insanların peyvənd olunacağına üstünlük veriləcəyini qeyd edib: “Bu, ümid edirəm ölüm sayını azaldacaq və səhiyyə sistemlərinin mübarizəsinə töhfə verəcək”.

 

 

Gununsesi.info