İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə əldə olunan razılaşmanı “tarixi sənəd” adlandırıb.
Gununsesi.info xəbər verir ki, İran lideri sosial media hesabında ABŞ Prezidenti Donald Tramp və Pakistanın Baş naziri Şahbaz Şərifin də imzaladığı anlaşma memorandumunu paylaşaraq bunun qlobal sülh yolunda mühüm addım olduğunu bildirib. Pezeşkian qeyd edib ki, İran hər zaman şərəfini və müstəqilliyini qorumaq şərti ilə sülhün tərəfdarı olub:
“Bu, güclü İrandan tarixi sənəd və mesajdır. Sülh yalnız qarşılıqlı hörmət əsasında mümkündür. İran İslam Respublikası tərəqqisini, regional əməkdaşlığını və müstəqilliyini qorumaqla qlobal sülhə sadiq qalıb. Bu mətn təhdid və təzyiqlər qarşısında geri çəkilməyən bir xalqın səsini əks etdirir. Burada əks olunanlar milli müqavimətin, siyasi uzaqgörənliyin və məsuliyyətli diplomatiyanın nəticəsidir”.












