
Arxeoloq Mark Lehner min il əvvəl piramidaların inşasında istifadə olunan daşların əraziyə necə gətirilməsiylə bağlı yaranan suallara aydınlıq gətirib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, arxeoloq Misirdə ən böyük, Keops pramidasının tikintisində istifadə olunan daşların əraziyə necə gətirildiyi barədə yeni məlumatlar əldə edib.
Belə ki, arxeoloji qazıntılar zamanı piramidaların tikintisini həyata keçirən Merer adlı misirli mühəndisin gündəliyi aşkar edilib. Təxminən 3 min il yaşı olan bu gündəlikdə, çəkisi 2,5 ton ağırlığında olan nəhəng qranit daşların tikinti sahəsinə Nil çayı üzərindən, taxtadan hazırlanmış bərələr vasitəsiylə gətiridiyi qeyd olunur.
Gündəlikdə bərələrin keçidi məqsədiylə misirli mühəndislərin Nil çayında piramida kompleksinin inşa olunduğu Gizaya qədər kanal çəkildikləri bildirilir. Əraziyə nəhəng daşların gətirilməsi prosesinə isə mindən artıq insan cəl olunub. Beliklə də Nil çayında Gizaya qədər çəkilən kanal vasitəsiylə tikinti sahəsinə təxminən, ümumi çəkisi 170 min ton olan qaya daşlar gətirilib.
Eyni zamanda arxeoloq Mark Lehner güdəlikdə Nil çayında Gizaya qədər çəkilən kanalın layihəsinin esgizlərinin olduğunu da söyləyib.
Qeyd edək ki, bu günədək alimlər tərəfindən nəhəng qranit daşların əraziyə gətirilməsinin sirri haqqında bir çox nəzəriyyələr irəli sürülüb. Hətta bu daşların əraziyə yadplanetlilərin köməyilə gətirildiyi ilə bağlı fərziyyələr də səsləndirilib.

Anar
Gununsesi.info












