Pirlo “Yuventus”un baş məşqçisi olacaq

  • By admin
  • 16 İyul 2020 16:53

Futbol üzrə İtaliya milli komandasının sabiq yarımmüdafiəçisi Andrea Pirlo “Yuventus”un U-23 komandasının baş məşqçisi olacaq.

Gununsesi.org bildirir ki, “Sky Sport” nəşrinin jurnalisti Canluka Di Marsio məlumat verib ki, Turin klubu 41 yaşlı sabiq yarımmüdafiəçi ilə müqavilənin şərtləri barədə razılığa gəlib.

Qeyd edək ki, A.Pirlo 2017-ci ildə futbolçu karyerasını başa vurub.

Gununsesi.org