
Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun gömrük nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Mersedes Benz” markalı avtomobilə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, yoxlama zamanı avtomobilin yanacaq çəninin içərisində xüsusi olaraq düzəldilən gizli saxlanc yerindən, arxa oturacağın içərisindən və arxa şüşənin örtüyünün altından gömrük nəzarətindən gizlədilən 1380 ədəd “K0201” pirotexniki vasitə aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Anar
Gununsesi.info












