Pirotexniki vasitələr və xarici markalı siqaretlər aşkarlanıb - FOTOLAR

  • By admin
  • 28 Dekabr 2016 12:42

unnamed

Küllü miqdarda müxtəlif markalı siqaretlər və pirotexniki vasitələr aşkar edilərək götürülüb.

Dövlət Gömrük Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Mercedes Benz” markalı minik avtomobili Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunun qarşısındakı terminalın həyətində saxlanılıb. Baxış zamanı avtomobilin yük yerində Azərbaycan Respublikasının aksiz markasıyla markalanmayan 22 min 600 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib.

Eyni zamanda, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan Respublikası istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi avtomobilə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobildən gömrük nəzarətindən gizlədilən 3424 ədəd pirotexniki vasitələr aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

unnamed-1
Anar

Gununsesi.info