
Xəzər rayonunda piyadanın ölümünə səbəb olan yol qəzası baş verib.
Gununsesi.info xəbər verir ki, Pirşağı qəsəbəsində hərəkətdə olan Reno markalı avtomobil, qızı ilə yolu keçmək istəyən 57 yaşlı Zöhrə əhmədovanın vurub. Nəticədə, piyada ağır xəsarətlər alıb. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya gətirilib. Zöhrə Əhmədovanın xəsarətləri ağır olduğundan həkimlər onun həyatını xilas edə bilməyiblər. Hadisə yerində polis əməkdaşları müayinələr aparılıb. Sürücü saxlanılıb. Avtomobil cərimə meydançasına yerləşdirilib.
Faktla əlaqədar cinayət məcəllənin 263.3 nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma nəticəsində, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma maddəsi ilə cinayət işi başlanılıb.
Gununsesi.info