Piyadanı vurub qaçan sürücü saxlanılıb

  • By admin
  • 03 Yanvar 2018 12:09

Bu gün səhər saatlarında Şirvan şəhəri Heydər Əliyev prospektində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan şəhərindəki regional qrupundan Gununsesi.info-ya verilən məlumata görə, şəhər sakini Nəsibə Xəlilova yolu keçmək istəyərkən naməlum avtomobil onu vuraraq hadisə yerindən uzaqlaşıb. Avtoqəza nəticəsində N.Xəlilova elə hadisə yerindəcə ölüb.

Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini Emin Abbasov saxlanılıb.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Gununsesi.info