PKK-çılar Moskvaya toplaşır

  • By admin
  • 14 Fevral 2017 18:10

ppk

Fevralın 15-də PKKTerror Təşkilatının Suriya qolu PYD daxil bəzi kürd qruplarının təmsilçiləri Moskvada bir araya gələcəklər.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Suriya Kürd Milli Şurasının (ENKS) sədri İbrahim Bıro mətbuata açıqlamasında paytaxt Moskvada təşkil ediləcək yığıncaqda iştirak etməyəcəyini, fevralın sonunuda ABŞ-a səfər edəcəyini deyib.

Belə ki, İ. Bıro bir həftə davam edəcək səfər müddətində ABŞ Xarici İşlər Nazirliyinin səlahiyyətliləri, eləcə də bəzi araşdırma mərkəzlərinin nümayəndələri ilə görüşəcəyini bildirib. Sonra İ. Bıro toplantı barədə heç bir məlumatın verilmədiyini deyib: “Bu ana qədər nə Rusiya Xarici İşlər Nazirliyindən, nə Rusiyanın Suriyanın Latakiya əyalətində fəaliyyət göstərən “Hmeymim” aviabazasından, nə də İraqın Ərbil şəhərində yerləşən Rusiya konsulluğundan hər hansı bir dəvət almamışam”-, deyə o bildirib.

Eyni zamanda İ. Bıro PYD/PKK ilə aralarında həm hərbi, həm də siyasi məsələlərlə bağlı ciddi problemlərinin olduğunu və bu problemlərin həll olunmadığı müddətcə PYD ilə bir bir araya gəlmələri mümkünsüz olduğunu da qeyd edib.

Anar

Gununsesi.info