Polad Bülbüloğlu Sankt-Peterburqun qubernatoru ilə görüşüb

  • By admin
  • 26 Sentyabr 2020 12:19

25-26 sentyabr tarixlərində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Sankt-Peterburqa səfər edib və səfər çərçivəsində qubernator Aleksandr Beqlovla görüşüb.

Səfirliyin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, görüşdə başlıca olaraq Azərbaycan Respublikasının cari ilin 12-14 noyabr tarixlərində keçiriləcək IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda iştirakına hazırlıqla bağlı məsələlər müzakirə edilib. Məlum olduğu kimi, Azərbaycan bu ilki forumda “qonaq ölkə” xüsusi statusu ilə iştirak edəcək.

Həmçinin humanitar-mədəni əlaqələrin daha da inkişaf etdirilməsi, ölkəmizdən Sankt-Peterburqa kənd təsərrüfatı məhsullarının ixracı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Gununsesi.info