“Pole çudes” verilişi Azərbaycana həsr edildi - VİDEO

  • By admin
  • 16 Dekabr 2017 13:47
Rusiyanın Birinci televiziya kanalında yayımlanan “Pole çudes” verilişi Beynəlxalq Çay Gününə və verilişin rəsmi sponsoru olan “Azərçay” şirkətinə həsr olunub. 
Gununsesi.info “Azərtac”a istinadən xəbər verir ki, şouda Azərbaycanın ayrı-ayrı şəhərlərinin sakinləri ilə yanaşı, tanınmış Azərbaycan prodüseri və əfsanəvi “Parni iz Baku” komandasının üzvü Murad Dadaşov iştirak edib.
O, verilişin aparıcısı Leonid Yakuboviçə müxtəlif hədiyyələr, o cümlədən Azərbaycan nefti və üstündə “Qarabağ” sözü yazılmış idman maykası bağışlayıb.

Gununsesi.info