Polis əməliyyat keçirdi - NARKOTACİRLƏR HƏBS OLUNDU

  • Müəllif: admin
  • 09 İyun 2017 11:57

polis

Cəlilabad rayon sakinindən1,061 kq heroin və 23,192 qr metafetamin götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlərilə Cəlilabad rayon sakini Ələddin Əliyevdən 1 kiloqram 60,562 qram heroin və 23,192 qram metafetamin götürülüb.

Bundan başqa, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Arzu Qasımov 9 kiloqram marixuananı 4000 manata satarkən tutulub.

Eyni zamanda Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Zaqatala rayon sakini Əhməd Paşayevdən 7 kiloqram 400 qram marixuana götürülüb.

Anar

Gununsesi.info