Polis 2 gündür axtarırdı: 18 nəfəri öldürən şəxs tapıldı

  • By admin
  • 28 Oktyabr 2023 10:30

ABŞ-ın Men ştatında 18 nəfəri öldürməkdə təqsirli bilinən şübhəlinin meyiti tapılıb.

Gununsesi.info xəbər verir ki, polis 40 yaşlı Robert Kartın intihar etdiyini ehtimal edir. Polis Robert Kartı tapmaq üçün iki gün geniş bir ərazidə axtarışa başlayıb.

Kartın ölümündən sonra iki gündür qüvvədə olan “evdə qal” əmri də ləğv edilib.

Menin qubernatoru Janet Mills qeyd edib ki, Kartın cəsədi hücumun baş verdiyi ərazinin yaxınlığında tapılıb. Şübhəlinin ailəsinin də təhlükəsizlik qüvvələrinə yardım etdiyi bildirilib.

Polis ehtiyatda olan əsgər Kartın hücumu niyə törətdiyini araşdırır. Kartın psixi sağlamlıq problemlərinin olduğu və bu yaxınlarda psixiatriya mərkəzində müalicə olunduğu açıqlanıb.

Gununsesi.info