
Bərdə rayon sakininə məxsus həyətyanı sahədən marixuana və çətənə kolları götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Çələbilər kənd sakini Sahib Behbudova məxsus həyətyanı sahəyə baxış zamanı 2 kiloqram marixuana, habelə kultivasiya yolu ilə yetişdirilən 11 ədəd çətənə kolları aşkar edilərək götürülüb.
Anar
Gununsesi.info









