Polis Bakıda mənzildən 50 min oğurlayanı tutub

  • By admin
  • 03 Sentyabr 2016 13:25

ogru (1)

Bakıda mənzildən külli miqdarda pul oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 29-da Bakı şəhər sakini Aslan Yaqubovun evindən 50 000 manat pul oğurlamaqda şübhəli bilinən Babək rayon sakini Ruslan Qurbanov tutulub.

Gununsesi.info