Polis bu qadının kimliyini axtarır

  • By admin
  • 20 İyun 2016 11:32

qazax

 

Daxili İşlər Nazirliyi (DİN) Qazaxda törədilən qətllə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə 19 iyun tarixdə səhər Ağstafa çayının Qazax rayonunun Xanlıqlar kəndinin ərazisindən keçən hissəsində üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan  25-30 yaşlarında naməlum qadın meyiti aşkar edilib.

Meyitin xarakterik əlamətləri aşağıdakılardır: Boyu 1 metr 60 santimetr, saçı və gözləri qara rəngli, orta köklükdədir, göbək nahiyyəsində cərrahiyyə əməliyyatının izləri var.

Fotoşəkildə gördüyünüz bu şəxsi tanıyanlardan və ya kimliyi barədə hər hansı məlumatı olanlardan DİN-in “102” Xidmətinə, həmçinin (022) 295-14-97 nömrəli şəhər, eyni zamanda, (050) 392-02-21, (055) 221-52-48 və (050) 366-66-62 nömrəli mobil telefonlara zəng edərək Qazax Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur.

Gununsesi.info