Polis bu şəxslə bağlı əhaliyə MÜRACİƏT ETDİ  - FOTO

  • By admin
  • 25 Aprel 2022 11:13

Şabranda 16 yaşlı gənc itkin düşüb.

Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Qeyd edilib ki, rayon sakini, 2006-cı il təvəllüdlü Samuray Qasımov aprelin 15-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb:

Onun boyu 160 santimetrdir, orta bədən quruluşludur. Evdən çıxarkən əynində qara gödəkcə, qara şalvar və qara ayaqqabı olub”.

“Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və ya (055) 650-20-44 mobil nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur”, – DİN-in Mətbuat Xidmətindən bildirilib

Gununsesi.info