Polis Çillə gecəsini qeyd edən 230 gənc xanım və kişini SAXLAYIB

  • Müəllif: admin
  • 23 Dekabr 2017 13:12

Polis Çillə gecəsini (Yelda gecəsi) yəni ilin ən uzun gecəsini qeyd edən 230 gənc xanım və kişini saxlayıb.

Gununsesi.info xəbər verir ki, İranın əxlaq polisinin Yelda gecəsi ilə bağlı keçirdiyi əməliyat zamanı 230 gənc qadın və kişi saxlanılıb.

Tehranın əxlaq polis rəisi Zülfükar Barfar bildirib ki, Çillə bayramı partisinə qatılanlar ölkənin qanunvericiliyinə zidd olaraq içki içib, rəqs etdikləri üçün polis tərəfindən saxlanılıb.

İran qanunlarına görə, içki içən şəxsə 80 şallaq vurulur. Ancaq son illərdə bu cəzada dəyişiklik edilib. Belə ki, kimsə şallaq vurulmasını istəmirsə, bunun müqabilində cərimə ödəməlidir.

Polis rəisinin dediyinə görə, bu əməliyyatlar zamanı iki müğənni də saxlanılıb.

Çillə gecəsi bir çox ölkələrdə bu Yelda gecəsi kimi qeyd olunur. Dekabrın 21-dən 22-nə keçən gecə qışın gəliş günüdür. Azərbaycanda bu daha çox Böyük çillə kimi qeyd olunur. Hətta Sibirdəki türk toplumları və Altayda Çillə yeni il kimi qeyd olunur.

Gununsesi.info