Polis hamilə qadını uşaqlarının gözü qarşısında öldürdü - QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARI HADİSƏNİ ŞİDDƏTLƏ QINAYIB

  • By admin
  • 22 İyun 2017 13:10

07

ABŞ-da iki polis əməkdaşı oğurluqda ittiham olunan hamilə qadını uşaqlarının gözü qarşısında güllələyərək öldürüb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, insident Vaşinqton ştatının Sietl şəhərində qeydə alınıb.

Yerli polisin məlumatına görə, 30 yaşlı 4 uşaq anası Charleena Lylesin əlində iki ədəd bıçaqla polislərə hücum edib. Lylesin polisin bıçağı endirmək tələbinə məhəl qoymayıb. Nəticədə qadın polisin açdığı atəş nəticəsində həyatını itirib.

Qeyd edəkki, hadisə, ölkə daxilində bir çox qeyri-hökumət təşkilatları tərəfindən şiddətlə qınanıb.

Anar

Gununsesi.info