Polis məmurunun maşını atəşə tutuldu

  • By admin
  • 12 Yanvar 2019 23:17

İnquşetiyada naməlum şəxslər Ekstremizmlə Mübarizə Mərkəzinin rəhbəri İbrahim Elcarkiyevə qarşı silahlı hücum təşkil ediblər.

“Gununsesi.org” xəbər verir ki, bu barədə “İnterfaks”a məlumatlı mənbə bildirib.

“İnsident İnquşetiya ilə Çeçenistan arasında sərhəd postundan bir neçə kilometr uzaqlıqda, şossedə qeydə alınıb. İnquşetiyaya gedən Ekstremizmlə Mübarizə Mərkəzinin rəhbərinin avtomobilinə “Lada Qranta” markalı avtomobildən atəş açılıb. Hadisə nəticəsində avtomobildə olan 3 mühafizəçi xəsarət alıb”, – deyə mənbə söyləyib.