Polis rəisləri arasında dava - ÖZƏL

  • By admin
  • 03 Sentyabr 2019 13:28

Tovuz Rayon Polis Şöbəsinin rəisi Şirzad Əsgərovla Baş Dövlət Yol Polisi İdarəsinin 10 saylı Tovuz imtahan-qeydiyyat şöbəsinin rəisi Xəqani Əsgərov arasında qalmaqal düşüb.

Bu barədə Gununsesi.org-a daxil olan məlumatda bildirilir.

Məlumata görə, hər iki polis rəisi Tovuzdakı Çinar restoranında yemək məclisində olub.

Aralarında baş verən mübahisə sonradan kəskinləşib. Bir-birinə qarşı təhqiramiz ifadələr səsləndirən tərəfləri ətrafdakılar sakitləşdirib.

Gununsesi.org