Tutaq ki, siz yol ilə gedirsiniz. Polis sizi saxlayır və sənədlərinizi göstərməyinizi istəyir. Heç bir pozuntu yoxdur.
Sual: Belə halda polisin sizi saxlamaq hüququ varmı? Əgər yoxdursa, nə etmək lazımdır?
Bu barədə hüquqşünas Uğur Əliyev Gununsesi.info-ya danışıb.
O, deyib:
“Yol hərəkəti haqqında” qanunun 52-ci maddəsinə əsasən, polis əməkdaşı yalnız konkret səbəb olduqda sürücünü saxlaya bilər: qayda pozuntusu, əməliyyat-axtarış tədbiri, sərxoşluq şübhəsi və s. Səbəbsiz saxlama qanunsuzdur. Bu zaman sürücü polis əməkdaşından ad-soyadını, vəsiqəsini göstərməsini və niyə saxladığını soruşa bilər. Hüquqlarınız pozulubsa, DYP-yə və DİN-ə şikayət verə bilərsiniz”.
Orxan











