Polis telefon oğrularını HƏBS ETDİ

  • By admin
  • 03 Avqust 2017 12:40

telefon_ogrusu_001

Mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri tutulublar. 

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, iyulun 17-də M.Ağaşovaya məxsus mobil telefonu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Səriyyə Məmmədova Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Bundan başq iyulun 24-də Binəqədi rayonu H.Babaşov küçəsindəki idman zallarından birində Bakı şəhər sakini Nəriman Süleymanova və Abşeron rayon sakini Elvin Səmədzadəyə məxsus mobil telefonları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İlkin Quliyev Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsi əməkdaşları tərəfindən tutulub.

Anar
Gununsesi.info