Polis xidməti avtomobili aşırdı - Hadisə yerində öldü

  • By admin
  • 17 Sentyabr 2016 11:40

post_polis

Göyçay rayonunda polis əməkdaşının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 8:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 206-cı kilometrliyində, Göyçayın Bığır kəndi ərazisində qeydə alınıb.
Göyçay Rayon Polis Şöbəsinin əməliyyat-axtarış üzrə müvəkkili, polis leytenantı, İsmayıllı rayon sakini, 1989-cu il təvəllüdlü Mustafayev Asiman Müqabil oğlu idarə etdiyi “Fiat-Doblo” markalı xidməti avtomobili aşırıb.
Məlumata görə, Anar Mustafayev Göyçay şəhərinə işə gedərkən qarşısına çıxan inəkləri vurmamaq üçün avtomobili yoldan kənara çıxarıb, yağışlı havada yol sürüşkən olduğundan sürücü idarəetməni itirərək avtomobili aşırıb.
A. Mustafayev aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Gununsesi.info