Polisi öldürməyə cəhd edən şəxslər Apellyasiya Məhkəməsinə müraciət edib

  • By admin
  • 02 Oktyabr 2017 08:50

bakiapellyasiya

Adam öldürməyə cəhddə və xuliqanlıqda təqsirləndirilən Əli Həsənov və Əhmədyar Məhərrəmovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Elşad Şamayevin sədrliyi ilə baxılacaq. Məhkəmənin ilkin baxışı oktyabrın 6-na təyin edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əli Həsənov 14 il 6 ay , Əhmədyar Məhərrəmov isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hadisə ötən ilin noyabrında Nərimanov rayonunda baş verib. Həmin ərazidə 1979-cu il təvəllüdlü Namiq Abdullayev, 1974-cü il təvəllüdlü Arif Cəbrayılov, 1985-ci il təvəllüdlü Kamil Məsimov, Əhmədyar Məhərrəmov və Əli Həsənov arasında əlbəyaxa dava olub. Kütləvi dava zamanı Əhmədyar Məhərrəmov və Əli Həsənov bıçaq çıxararaq dava etdikləri şəxslərə xəsarətlər yetirərək ərazidən qaçıblar. Ağır xəsarət alan hər üç şəxs təcili yardım maşını ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onları xilas etmək mümkün olub.

Xəsarət alan şəxslərdən biri Namiq Abdullayev Xəzər rayon Polis İdarəsinin 2-ci polis bölməsinin polis mayoru olub.

Gununsesi.info