Polisləri bıçaqlayan azərbaycanlı tutuldu

  • By admin
  • 02 Sentyabr 2019 14:30

Rusiyanın Sankt-Peterburq şəhərində 59 yaşlı Ayaz adlı azərbaycanlı saxlanılıb. 

Gununsesi.org-un məlumatına görə, yaşama icazəsi olmadan Peterburqda qalan şəxs “Denis Osipov” studiyasında çalışan stilistə hücum etməkdə şübhəli bilinir.

Məlumatlara görə, Ayaz qadına hücum edərək, bıçaqla ona xəsarət yetirib, onun qızıl-zinət əşyalarını və mobil telefonunu götürərək, hadisə yerindən uzaqlaşıb.

Bildirilib ki, aparılan araşdırmalar zamanı onun şəhərin Obuxovskoy Oboronı prospektindəki yiyəsiz avtomobildə yaşadığı aydınlaşıb.

Azərbaycanlı hadisə yerinə gələn polislərə hücum edib və onlardan ikisinə bıçaq xəsarəti yetirib.

Əməliyyat zamanı Ayaz saxlanılıb və ona qarşı cinayət işi başlanıb.

Gununsesi.org