Polislərin doğuş prosesinə yardımçı oldular – Polis avtomobilində oğlan doğuldu

  • By admin
  • 18 Yanvar 2020 09:46

Rusiyanın Moskva şəhərində polis maşınında uşaq dünyaya gəlib.

Gununsesi.org “RİA Novosti”yə istinadən xəbər verir ki, doğuş prosesi yol polislərinin köməyilə gerçəkləşib.

Belə ki, taksi ilə arvadını xəstəxanaya çatdırmaq istəyən şəxs yoldakı tıxacla bağlı polislərə müraciət edərək kömək istəyib.

Polislər hamilə qadını xidməti avtomobilləri ilə doğum evinə aparmaq qərarına gəliblər. Lakin onlar xəstəxanaya çatmamış doğuş prosesi başlayıb.

Polis əməkdaşları təcili yardım çağıraraq doğuşu avtomobildə həyata keçirəsi olublar.

Nəticədə, polislərin və tibb işçilərinin köməyilə dünyaya bir oğlan uşağı gəlib.

Gununsesi.org