Politoloq: “Azərbaycanda yenidən Rusiyanın RLS-nin bərpa olunması istisna deyil”

  • By admin
  • 16 Avqust 2016 15:59
tofiq
Azərbaycanda yenidən Rusiyanın RLS-nin bərpa olunması istisna deyil.
Bunu Gununsesi.info-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.
Onun sözlərinə görə, Qəbələdəki  Dəryal köhnə RLS sisteminin qalması mümkün deyildi və günün tələblərinə artıq cavab vermirdi. “Artıq o stansiya həm ekoloji cəhətdən ziyan vururdu, həm resursların istifadəsində problemlər vardı. Azərbaycan isə həmən RLS-ə görə çox cüzi vəsaiti alırdı və bu vəsait də bizim itkilərimizi ödəmirdi. Ancaq ola bilsin ki, Azərbaycan yeni tipli RLS stansiyasını Rusiya ilə birgə öz ərazisində daha yığcam, ekoloji cəhətdən zərərsiz və  müasir yerləşdirə bilər”- deyə, politoloq vurğulayıb. Politoloq deyib ki, əgər Azərbaycan tərəfi belə bir stansiyanın öz ərazisində quraşdırılmasına razılıq verəcəksə, demək buna zərurət yaranıb: “Çünki Azərbaycanın razlığı olmadan ölkə ərazisində hər hansı bir ölkənin hərbi strukturu fəaliyyət göstərə bilməz. Əgər belə bir stansiya qurulacaqsa, hesab edirəm ki, bu, Azərbaycanla Rusiyanın ortaq bir stansiyası olacaq. Qurulacaqsa, deməli, bu, Azərbaycanın strateji maraqlarına cavab verən məsələdir”.
Mürtəza 
Gununsesi.info