Politoloqdan millət vəkili Zahid Orucun təklifinə REAKSİYA

  • By admin
  • 28 Oktyabr 2016 17:56
ilqar
Politoloq millət vəkili Zahid Orucun parlamentdə Azərbaycanın ərazi bütövlüyünü tanıyan və onun qanunlarını qəbul edən ermənilərin Azərbaycan ərazisinə buraxılmasına icazə verilməldir fikri cəmiyyətdə ciddi rezonansa səbəb olub. Bir qism insanlar bu təklifi təqdir etsələr də, cəmiyyətin müəyyən qismi məsləyə tərəddülə yanaşır və yaxud əksinə çıxır.
Millət vəkilinin  təklifi ilə bağlı mövqeyini Gununsesi.info-ya açıqlayan Cənubi Qafqaz Politoloqlar Klubunun rəhbəri İlqar Vəlizadə bildirib ki, son zamanlar ermənilərin Azərbacana gəlməsi ilə bağlı müxtəlif söz-söhbətlər gəzir, ehtimallar irəli sürülür: “Diskussiyalar cox vaxt mürəkkəb və emosional keçir. Bu da başa düşüləndir. Əlbətdə həqiqəti söyləsək, dünyada yaşayan ermənilərin heç də hamısı Dağlıq Qarabağın müstəgillik tələbləri ilə razı deyil, onların bir qismi bu regionu və ətraf rayonlarımızı Azərbaycan torpaqları kimi tanıyırlar. Deputat Zahid Oruc təklif edir ki bu insanları Azərbaycana buraxmaq olar. Ancaq, acaba, gəlin reallığı da bir az düşünək. Bu proses necə həyata keçirilməlidir? Bu insanların ölkəyə daxil olmasından əvvəl kim isə onlardan “raspiska” götürməlidir ki, onlar bizim ərazi bütövlüyümüzü tanıyırlar? Yaxut da ki onlar ücün XİN xüsusi bir blank tərtib etməlidir? Onlar sonra bu blankla ölkəni gəzib hər yerdə göstərməlidilər ki rəsmən bizim ərazi bütövlüyümüzü tanıyırlar? Yaxut da ki başqa bir sual meydana cıxır. Tutaq ki aprel döyüşləri təkrarlanır, cəmiyyətimizdə emosional fonu gərgiləşir, bu insanların təhlükəsizlik təminatını kim verəcək? Mən hələ demirəm ki qonaqlardan kimi isə digər birisi ilə erməni dilində danışmağa başlasın… Nə etməli? Onların doğma dillərində danışmaqlarına qadağa qoyulmalıdır?”.
Poliroloq hesab edir ki, bütün məsələlər, o cümlədən də bu məsələ, kompleks şəkildə həll olunmalıdır. Yəni Dağlıq Qarabağ münagişəsinin tənzimlənməsi çərcivəsində atılan bütün siyası, iqtisadi və digər addımlar tamamlanmalıdır. Bu olduqca cox mürəkkəb bir münaqişədir, hansısa ayrı ayrı addımlarla vəziyyəti daha da mürəkkəbləşdirmək olar – düzəltmək qeyri mümkündur”-deyə, İ.Vəlizadə bildirib.
Mürtəza
Gununsesi.info