Polkovnikin canına qəsdinin səbəbi bilindi - MƏKTUBU TAPILIB

  • By admin
  • 02 İyun 2023 11:07

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin təhlükəsizliyi üzrə normativ iş şöbəsinin rəisi, polkovnik-leytenant Muxtar Cəbişov özünü asaraq həyatına son qoyması xəbərinin səbəbi məlum olub.

Gununsesi.info Trend-ə istinadən xəbər verir ki, FHN-in sözügedən əməkdaşı uzun müddət idi onkoloji xəstəlikdən əziyyət çəkirmiş. İntihardan əvvəl yazdığı vəsiyyətnamədə də xəstəliyin əzablarına dözə bilmədiyini qeyd edib. O canına qəsd etməmişdən əvvəl zəng edib ailəsinə də bildirib. Hadisə qeyri-iş iş saatında, mərhumun atasının evində baş verib.

Qeyd edək ki, Hadisə Ceyranbatan qəsəbəsi Şahbala Hüseynov küçəsində yerləşən nömrəsiz evin həyətində baş verib. İntihar mayın 28-də qeydə alınıb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info