Polşa Azərbaycana yeni hərbi attaşe təyin edib.
Bu barədə Gununsesi.info-ya Polşanın Bakıdakı diplomatik missiyasının məlumatına istinadən xəbər verir.
“Polşanın Bakıdakı səfirliyində hərbi attaşe dəyişikliyi baş verib. Polkovnik Robert Rusak Azərbaycandakı missiyasını başa vurub, onun səlahiyyətlərini polkovnik Arkadiuş Şlenjek icra edəcək”, – məlumatda bildirilib.












