Polşa ilə Rusiya arasında növbəti gərginlik - LEX KAÇİNSKİNİN MƏZARINDAN İKİ NƏFƏR ÇIXIB

  • Müəllif: admin
  • 02 İyun 2017 14:00

10

Polşanın mərhum prezidenti Lex Kaçinskinin ölümü ilə nəticələnən təyyarə qəzası ilə bağlı istintaq davam edir.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, istintaq zamanı təyyarə qəzasında ölənlərin məzarlarının açılması prosesində cəsədlərin qarışdığı ortaya çıxıb.

Belə ki, L.Kaçinskinin tabutunda, qəzada həyatını itirən iki fərqli şəxsin qalıqlarının olduğu məlum olub. Eyni zamanda L.Kaçinskinin yanında dəfn olunan daha 11 nəfərin məzarında başqalarının qalıqları da aşkar edilib.

Xatırladaq ki, Polşa prezidenti Lex Kaçinski, onun həyat yoldaşı Mariya Kaçinskaya və yüksək vəzifəli şəxsləri daşıyan təyyarə 2010-cu il aprelin 10-da Rusiyanın Smolensk hava limanına enərkən qəzaya uğrayıb. Qəza nəticəsində 88 sərnişin və 8 ekipaj üzvü ölüb. Onlar Katın faciəsinin 70-ci ildönümü tədbirlərində iştirak etmək məqsədilə Smolenskə gedirdi.

Rusiya tərəfi qəzada ölənlərin cənazələrini iki həftə sonra bağlı tabutlar içində göndərərkən, təyyarənin qalıqlarını Polşaya təslim etməyib. O zaman eks-prezidentin əkiz qardaşı Yaroslav L.Kaçinski daxil digərlərinin tabutların açılması tələbini irəli sürüb və nəticədə istintaq tələbi qəbul edib.

Bundan sonra istintaq 24 nəfərin cəsədi üzərində araşdırma aparıb. Bu zaman 12 nəfərin tabutunda başqa sərnişinlərin qalıqlarının olduğu ortaya çıxıb. Rusiya tərəfi isə hələlik bununla bağlı məsələyə münasibət bildirməyib.

Anar

Gununsesi.info